"Starship" raketinin buraxılışı texniki problemlər səbəbindən təxirə salınıb

Dünya xəbərləri Materials 22 May 2026 04:28 (UTC +04:00)
"Starship" raketinin buraxılışı texniki problemlər səbəbindən təxirə salınıb

Bakı. Trend:

"Super Heavy" daşıyıcı raketi ilə "Starship" kosmik gəmisinin buraxılışı startdan əvvəl aşkarlanan texniki problemlər səbəbindən bir sutka təxirə salınıb.

Trend-in məlumatına görə, bu barədə "SpaceX" şirkəti xəbər verib.

"SpaceX" şirkətinin Texas ştatının cənub-şərqində yerləşən Boka-Çikadakı Starbase start meydançasından cümə axşamı yerli vaxtla saat 18:30-da (Bakı vaxtı ilə cümə günü saat 03:30-da) həyata keçirilməsi nəzərdə tutulan buraxılış üçün geri sayım bir neçə dəfə dayandırılıb və nəticədə uçuşun təxirə salınması qərarı verilib.

Kosmik gəminin Yer ətrafında 1 saat 5 dəqiqə davam edən natamam dövrədən sonra orbitdən çıxaraq Avstraliyanın şimal-qərbində Hind okeanına yumşaq eniş etməsi planlaşdırılırdı. "Super Heavy" təkrar istifadə oluna bilən daşıyıcı raketinin isə startdan təxminən yeddi dəqiqə sonra Amerika (Meksika) körfəzinə eniş etməsi nəzərdə tutulurdu.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti