"Qəbələ" "Şamaxı"ya qalib gəlib - Premyer Liqa

İdman Materials 21 May 2026 21:31 (UTC +04:00)
"Qəbələ" "Şamaxı"ya qalib gəlib - Premyer Liqa

Bakı. Trend:

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2025/2026-cı illər mövsümünün sonuncu – XXXIII turu start götürüb.

Trend-in məlumatına görə, ilk oyun günündə bir qarşılaşma keçirilib. Turun açılış matçında “Qəbələ” öz meydanında “Şamaxı”nı sınağa çəkib. Görüş ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Turnir cədvəlində Şamaxı təmsilçisi 38 xalla 8-ci, Qəbələnin eyniadlı klubu isə 27 xalla 11-ci pillədə qərarlaşıb. “Qırmızı-qaralar” Premyer Liqadakı yerini qorumaq üçün I Liqada 2-ci yeri tutacaq (“Səbail” və ya “Mingəçevir”) komanda ilə pley-off oyunu keçirəcək.

Qeyd edək ki, XXXIII tura mayın 24-də yekun vurulacaq.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti