Bakı.Trend:
CityNet, beynəlxalq audit şirkəti Deloitte tərəfindən təsis olunmuş
Best Managed Companies Azerbaijan 2026 mükafatına layiq görülən ilk
internet provayderi olub.
Hər il keçirilən tədbir çərçivəsində ölkənin özəl sektorunda fəaliyyəti ilə fərqlənən şirkətlər qiymətləndirilir. Müsabiqənin yekunlarına həsr olunan xüsusi tədbirdə mükafat CityNet-in baş icraçı direktoru İlqar Nəhmədova təqdim olunub.
“Bu mükafat uzunmüddətli inkişaf strategiyamızın, komandamızın peşəkarlığının və müştəriyönümlü yanaşmamızın təsdiqidir. Azerconnect Group-un tərkibində fəaliyyət göstərən CityNet olaraq məqsədimiz təkcə internet xidməti təqdim etmək deyil, ölkədə rəqəmsal transformasiyanın inkişafına real töhfə vermək, istifadəçilərə innovativ və dayanıqlı həllər təqdim etməkdir. Best Managed Companies Azerbaijan 2026 mükafatına layiq görülmək bizim üçün böyük qürur mənbəyi olmaqla yanaşı, gələcək hədəflərimiz üçün motivasiyadır”, - deyə CityNet-in baş icraçı direktoru İlqar Nəhmədov vurğulayıb.
Qeyd edək ki, CityNet ötən il beynəlxalq Ookla Speedtest
platforması tərəfindən Azərbaycanın ən yaxşı sabit şəbəkə operatoru
seçilib. Eyni zamanda, şirkət tam OTT TV məhsul portfelini, “Hybrid
STB” həllini, o cümlədən Smart TV tətbiqlərini aparıcı televiziya
brendləri və əməliyyat sistemlərində istifadəyə verib. Bundan
əlavə, CityNet Digiturk ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda bu
platformanı öz abunəçilərinə təqdim edib.
Best Managed Companies müsabiqəsi Azərbaycanda fəaliyyət göstərən
özəl şirkətlərin idarəetmə keyfiyyəti, strateji inkişaf yanaşması,
insan resurslarının effektiv idarə olunması, maliyyə dayanıqlılığı
və korporativ sosial məsuliyyət istiqamətlərində beynəlxalq
meyarlar əsasında qiymətləndirilməsini hədəfləyir. Layihə eyni
zamanda şirkətlər arasında qabaqcıl idarəetmə təcrübələrinin
artırılmasına və davamlı inkişaf prinsiplərinin təşviqinə xidmət
edir.
CityNet haqqında
Azərbaycanın aparıcı internet provayderi olan CityNet
yüksəksürətli sabit internet, telefon xətti və rəqəmsal TV
xidmətləri təqdim edir. CityNet, Bakı şəhəri ilə yanaşı,
Azərbaycanın müxtəlif bölgələrində geniş xidmət şəbəkəsinə
malikdir. Şirkət barədə daha ətraflı məlumatı www.citynet.az
saytından əldə etmək olar. CityNet müxtəlif ölkələrdə və sahələrdə
fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun
tərkibində olan Azerconnect Group-a daxildir.