Bakı. Trend:
Azərbaycanın bütün ərazilərini əhatə edən dövlət proqramları və inkişaf konsepsiyaları mövcuddur. Əsas məqsədlərdən biri işğaldan azad olunmuş ərazilərin təhlükəsiz şəkildə bərpası, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında müasir şəhər mühitinin formalaşdırılmasıdır.
Trend xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Rəhimzadə mayın 20-də BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən "İnklüziv şəhərlər naminə birlik: şəhər dayanıqlılığı üçün BMT təşəbbüslərindən istifadə" adlı panel sessiyasında çıxışı zamanı deyib.
"Əhalinin sosial rifahının yaxşılaşdırılması və həyat şəraitinin yüksəldilməsi də prioritet istiqamətlərdəndir. Bu yanaşma Azərbaycanın dayanıqlı inkişaf strategiyasının mühüm tərkib hissəsini təşkil edir", - deyə V.Rəhimzadə bildirib.