Avropa İttifaqı və ABŞ yeni ticarət sazişi ilə bağlı razılığa gəlib

Dünya xəbərləri Materials 20 May 2026 20:52 (UTC +04:00)
Avropa İttifaqı və ABŞ yeni ticarət sazişi ilə bağlı razılığa gəlib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Avropa İttifaqı və ABŞ nümayəndələri ticarət sazişinin qanunvericiliklə tənzimlənməsi barədə razılığa gəliblər.

Trend xəbər verir ki, bu danışıqların əsas iştirakçılarından olan, Avropa Parlamentində “Avropa Xalq Partiyası” fraksiyasının deputatı Jelyana Zovko "X" sosial şəbəkəsində paylaşım edib.

“Biz razılıq əldə etdik! ... Avropa transatlantik ticarətdə gərginliyin dağıdıcı eskalasiyasından yayına bildi və Atlantikanın hər iki tərəfində Avropa şirkətlərini, investisiyaları və milyonlarla iş yerini qorudu”, - deyə avrodeputat yazıb.

Zovko əlavə edib ki, o, əvvəldən ABŞ-la ticarət müharibəsinin yolverilməz olduğunu müdafiə edib. Onun sözlərinə görə, ABŞ Avropa ölkələrinin ən yaxın strateji və iqtisadi tərəfdaşıdır.

“Dünyada artan qeyri-sabitlik şəraitində sınaqdan çıxmış dostlar tərəfdaş olaraq qalmalı, düşmənə çevrilməməlidirlər”, – deyə Zovko qeyd edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti