Bakı. Trend:
ABŞ Müdafiə Nazirliyi Amerika qoşunlarının Polşada yerləşdirilməsi ilə bağlı prosesi müvəqqəti olaraq təxirə salıb.
Trend xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Şon Parnell “X” sosial şəbəkəsində paylaşım edib.
Onun sözlərinə görə, qərar ABŞ-nin Avropadakı hərbi iştirakının genişmiqyaslı və mərhələli şəkildə yenidən qiymətləndirilməsindən sonra qəbul olunub.
“Bu addım ABŞ-nin etibarlı müttəfiqi olan Polşaya qoşun
yerləşdirilməsi prosesinin müvəqqəti gecikməsinə gətirib çıxarıb”,
– deyə o bildirib.