Bakı. Trend:
Afrikada artıq 60 milyondan çox mənzil çatışmazlığı var və mövcud tendensiyalar davam etsə, bu rəqəm 2030-cu ilə qədər 130 milyonu keçəcək.
Trend xəbər verir ki, bunu UN-Habitat-nın icraçı direktoru Anaklaudia Rossbax Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil edilən "Afrika Əlçatan Mənzil Sazişi – İnvestor Sessiyası" adlı müzakirədə bildirib.
Onun sözlərinə görə, Əlverişli Mənzil Sazişi yaxın 10 ili əhatə edəcək:
"Tələbatı qarşılamaq üçün lazım olan investisiya həcmi mövcud resurslardan xeyli böyükdür və yeni yanaşmalar tələb olunur. Digər mühüm məqam isə demoqrafik artımdır.
2050-ci ilə qədər Afrikada şəhərlərə köçən insanların sayının 600 milyondan 900 milyona çatacağı gözlənilir. Bu maaliyə kəsiri 1.4 trilyon dollardan çoxdur. Bu miqyasda urbanizasiya həm şəhərlərin infrastrukturuna, həm də yaşayış, nəqliyyat və xidmət sistemlərinə ciddi təzyiq göstərəcək. Bu rəqəmlər göstərir ki, qarşıdakı illərdə yalnız tikinti deyil, daha ağıllı, dayanıqlı və inklüziv şəhər planlaşdırmasına ehtiyac var", o qeyd edib.
