Bakı. Trend:
2025-ci ildə Böyük Britaniyaya miqrasiya 171 min nəfər təşkil edib.
Trend bu barədə xarici mediaya istinadla xəbər verir.
Bu, COVID-19 məhdudiyyətləri səbəbindən ölkəyə miqrant axınının 100 mindən aşağı düşdüyü 2020-ci il pandemiya ilindən bəri ən aşağı göstəricidir. Bu il istisna olmaqla, bu rəqəm 2012-ci ildədən bəri ən aşağı göstəricidir.
2024-cü ildə Böyük Britaniyaya miqrasiya 331 min nəfər təşkil edib.
Böyük Britaniya Daxili İşlər Naziri Şabana Mahmud daha əvvəl aşağı gəlirli insanların Böyük Britaniyada yaşamaq və vətəndaşlıq almaq şərtlərini sərtləşdirmək, yüksək gəlirli insanlar üçün isə prosesi asanlaşdırmaq planlarını açıqlamışdı.
