Hörmüz boğazının bağlı qalması dünya iqtisadiyyatı üçün təhlükə yaradır

Dünya xəbərləri Materials 22 May 2026 01:40 (UTC +04:00)
Hörmüz boğazının bağlı qalması dünya iqtisadiyyatı üçün təhlükə yaradır

Bakı. Trend:

Hörmüz boğazı vasitəsilə gəmiçiliyin avqust ayınadək bərpa olunmayacağı ssenari dünya iqtisadiyyatı üçün 2008-ci il qlobal maliyyə böhranı ilə müqayisə oluna biləcək resessiya təhlükəsi yaradır.

Trend-in məlumatına görə, bu barədə "Bloomberg" agentliyi "Rapidan Energy Group" konsaltinq şirkətinin analitik məlumatlarına istinadən xəbər verib.

Şirkət boğazın iyul ayında açılmasını baza ssenarisi kimi nəzərdən keçirir. Əgər bu baş verərsə, analitiklər neft tələbatının gündə 2,6 milyon barel azalacağını və "Brent" markalı neftin qiymətinin bir barel üçün 130 dollara qədər artacağını gözləyirlər.

Daha pessimist ssenaridə, avqust ayına qədər daşınmanın bərpasının gecikməsi üçüncü rübdə neft tədarükü kəsirini gündə 6 milyon barelə çatdıra bilər.

Xəbər lenti

Xəbər lenti