Azərbaycan mənzil idarəçiliyi mexanizmlərinin formalaşdırılması sahəsində təcrübəsini Liviya ilə bölüşüb (FOTO)

Siyasət Materials 21 May 2026 21:15 (UTC +04:00)
Azərbaycan mənzil idarəçiliyi mexanizmlərinin formalaşdırılması sahəsində təcrübəsini Liviya ilə bölüşüb (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Liviyanın mənzil və tikinti naziri Essam Al-Tamuni ilə görüşüb.

Trend xəbər verir ki, bu barədə Anar Quliyev sosial şəbəkə hesabında paylaşım edib.

Bildiriib ki, görüş zamanı institusional əməkdaşlıq imkanları müzakirə edilib.

Həmçinin, Azərbaycanın mənzil və şəhərsalma idarəçiliyi mexanizmlərinin formalaşdırılması sahəsində təcrübəsi qarşı tərəflə bölüşülüb.

Eyni zamanda, Azərbaycanın azad edilmiş ərazilərin yenidən qurulması və müasir yaşayış infrastrukturunun yaradılması sahəsində təcrübəsi barədə danışılıb.

Xəbər lenti

Xəbər lenti