Bakı. Trend:
"Mançester Siti"nin yarımmüdafiəçisi Bernardo Silva "Atletiko"ya keçməyə yaxındır.
Trend xarici mediaya istinadən xəbər verir ki, Madrid təmsilçisi 31 yaşlı portuqaliyalıya rəsmi təklif göndərib.
"Atletiko" dünya çempionatından əvvəl təcrübəli futbolçunun keçidini həll etməyi planlaşdırır. Klubun idman direktoru Mateu Aleman oyunçunun agenti Xorxe Mendeşlə şəxsi müqavilənin şərtlərini müzakirə edir.
İspaniya klubu Silvaya iki illik müqavilə təklif edib və müqaviləni daha bir mövsüm artırmaq hüququ var. O, “Benfika”, “Monako” klublarında da oynayıb.