AZAL Naxçıvan reyslərini yenidən bərpa edib

Cəmiyyət Materials 22 May 2026 10:18 (UTC +04:00)
AZAL Naxçıvan reyslərini yenidən bərpa edib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Hava Yolları (AZAL) əlverişsiz hava şəraiti səbəbilə təxirə salınan Bakı-Naxçıvan-Bakı reyslərini yenidən bərpa edib.

Bu barədə Trend-ə Azərbaycan Hava Yolları (AZAL) QSC-dən məlumat verilib.

Qeyd edilib ki, hazırda bölgədə qeyri-stabil hava şəraiti mövcud olsa da, reyslərin icrasına təhlükə törətmədiyindən sözügedən marşrut üzrə uçuşlar həyata keçirilməyə davam edir.

"AZAL vəziyyəti nəzarətdə saxlayır və sərnişinlərin təhkükəsizliyi üçün bütün zəruri tədbirləri görür. Uçuş cədvəlində hər hansı dəyişiklik baş verdiyi təqdirdə sərnişinlərə müvafiq qaydada məlumat veriləcək", - QSC-dən bildirilib.

Xəbər lenti

Xəbər lenti