Bakıda “Force of Love” 2026 yay festivalı keçiriləcək

Mədəniyyət Materials 22 May 2026 15:00 (UTC +04:00)
Bakıda “Force of Love” 2026 yay festivalı keçiriləcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

5–7 iyun tarixlərində Space____________13 incəsənət məkanı NARGIS jurnalı tərəfindən təşkil olunan “Force of Love” 2026 festivalına ev sahibliyi edəcək. Festival incəsənəti və canlı ünsiyyəti bir araya gətirən böyük sənətkarlıq yarmarkası formatında təşkil olunacaq. Festival çərçivəsində müxtəlif kitablar, fotoşəkillər, vinil plastinkalar, vintaj zinət əşyaları və çantalar, ev və gözəllik məhsulları, yerli brendlərin geyimləri, həmçinin food corner-lər və daha çoxu təqdim olunacaq.

5 iyun tarixində Nargis Fund ilə birgə uşaq evlərində yaşayan uşaqlar üçün Beynəlxalq Uşaqlar Gününə həsr olunmuş xüsusi əyləncə proqramı təşkil olunacaq. Balaca qonaqları teatr tamaşası, bayram ab-havası və hədiyyələr gözləyir.

5, 6 və 7 iyun tarixlərində festival qonaqları yalnız qeyri-adi hədiyyələr əldə etməklə kifayətlənməyəcək, həm də zəngin proqramın bir hissəsinə çevriləcəklər: puppy yoga məşğələlərində iştirak edəcək, musiqidən və müxtəlif mətbəx nümunələrindən zövq alacaq, yaradıcı atmosferdə vaxt keçirəcəklər. Həmçinin uşaqları və dostları ilə birlikdə qəhvə sənəti, akril rəsm, keramika, boşqab üzərində rəsm, floristika, dekorativ sənət, robototexnika, sabun hazırlanması, parfümeriya və skrapbukinq üzrə master-klasslarda iştirak edə biləcəklər. Onların əksəriyyəti ödənişsiz əsasda keçiriləcək, çünki festival sosial xarakter daşıyır və əsas məqsədi insanlara ünsiyyət və birgə yaradıcılıq üçün məkan yaratmaq, ailə və dostlarla birlikdə vaxt keçirmək imkanı verməkdir.

Festival çərçivəsində Ülviyyə Mahmud, NARGIS jurnalının baş redaktoru tərəfindən xüsusi master-klasslar da keçiriləcək.

Tədbirin çərçivəsində festivalın baş sponsoru olan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzi (Yaradıcı) bütün arzu edənləri öz arzularını reallığa çevirməyə və müxtəlif istiqamətlərdə istedadlarını nümayiş etdirməyə dəvət edir.

Festival sevginin önəmini vurğulayır – insanın özünə, ailəsinə, ətrafındakılara, təbiətə və, əlbəttə ki, özünü həsr etdiyi işə olan sevgisini. Onun parlaq, interaktiv, yadda qalan, müsbət emosiyalar və xoş təəssüratlarla dolu bir tədbir olacağı gözlənilir. Sizi gözləyirik!

Xəbər lenti

Xəbər lenti