Ceyhun Bayramov Qrinspanla görüşdü (FOTO)

Siyasət Materials 22 May 2026 14:53 (UTC +04:00)
Ceyhun Bayramov Qrinspanla görüşdü (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) Baş katibi Rebeka Qrinspan arasında görüş keçirilib.

Bu barədə Trend-ə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüş zamanı Azərbaycan ilə UNCTAD arasında əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Tərəflər dayanıqlı inkişaf, beynəlxalq ticarət, investisiyaların təşviqi, rəqəmsal transformasiya, yaşıl iqtisadiyyat və inkişaf etməkdə olan ölkələrin qlobal iqtisadi proseslərə inteqrasiyası sahələrində əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparıblar.

Ceyhun Bayramov Azərbaycanın çoxtərəfli əməkdaşlığa verdiyi önəmi vurğulayaraq, ölkəmizin regional bağlantılar, nəqliyyat-logistika imkanları, enerji təhlükəsizliyi və iqlim gündəliyi istiqamətində həyata keçirdiyi təşəbbüslər barədə məlumat verib.

Rebeka Qrinspan UNCTAD ilə Azərbaycan arasında əməkdaşlığın inkişafından məmnunluğunu ifadə edib, Azərbaycanın regional iqtisadi əməkdaşlıq və bağlantı layihələrində artan rolunu yüksək qiymətləndirib. O, UNCTAD çərçivəsində ticarət və inkişaf sahələrində birgə layihələrin genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Görüşdə postmünaqişə dövründə Azərbaycan-Ermənistan normallaşma prosesi, işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quculuq işləri, habelə, Yaxın Şərqdə vəziyyət və mövcud gərginliyin qlobal iqtisadiyyata və ticarətə təsirləri müzakirə olunub.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər də müzakirə edilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti