Bakı. Trend:
Moskva Ermənistanın dəmir yollarının idarə olunması üzrə konsessiyanın Qazaxıstana verilməsi ilə bağlı nə Astana, nə də Yerevanla danışıqlar aparır.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən “Cənubi Qafqaz Dəmir Yolu” şirkəti üzrə konsessiyanın Qazaxıstana verilməsinin mümkün variantlardan biri kimi nəzərdən keçirilməsi barədə səsləndirilən fikrə münasibət bildirərkən keçirdiyi brifinqdə deyib.
"Mən diqqətinizə çatdırmaq istərdim ki, 30 mart tarixində Rusiya Federasiyasının Nəqliyyat naziri Andrey Nikitin bildirib ki, Moskva Ermənistanın dəmir yollarının idarə olunması üzrə konsessiyanın Qazaxıstana verilməsi ilə bağlı danışıqlar nə Astana ilə, nə də Yerevanla danışıqlar aparmır. Bu, ekspert səviyyəsində - yəni aidiyyəti qurumun rəhbərliyi səviyyəsində verilmiş bu bəyanatı nəzərə almaq çox vacibdir.
Həmçinin xatırlatmaq istərdim ki, 2008-ci ildə bağlanmış konsessiya müqaviləsinin müddəti 30 ildir və əlavə olaraq daha 10 il uzadılması imkanı mövcuddur. Uzun illərdir ki, ‘Cənubi Qafqaz Dəmir Yolu’ QSC bu müqavilənin müddəalarını məsuliyyətlə yerinə yetirir və Rusiyanın respublikanın yol infrastrukturuna yatırdığı investisiyalar 30 milyard rubldan çoxdur.
Yüksək səviyyəli danışıqlara gəlincə isə, ənənəyə uyğun olaraq onları prezident administrasiyası şərh edir”, - Mariya Zaxarova bildirib.
