...

İran İsrailə ballistik raketlərlə hücum edir - Yaralıların sayı artır (YENİLƏNİB)

Dünya xəbərləri Materials 1 Aprel 2026 10:26 (UTC +04:00)
İran İsrailə ballistik raketlərlə hücum edir - Yaralıların sayı artır (YENİLƏNİB)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrailin Bney Brak şəhərinə endirilən ballistik zərbələr nəticəsində yaralananların sayı 14 nəfərə çatıb.

Trend xəbər verir ki, bu barədə İsrailin 12-ci kanalı məlumat yayıb.

Zərərçəkənlər arasında 11 yaşlı qız və 13 yaşlı oğlan var.

xxx
09:43

Bu dəqiqələrdə İran İsrailə növbəti dəfə ballistik raketlərlə hücum edir.

Trend “Times of Israel”ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.

Təhlükə zonasında yerləşən yaşayış məntəqələrində həyəcan siqnalları səslənib.

Bundan bir neçə saat əvvəl İran İsrailin mərkəzi bölgəsinə, o cümlədə Təl-Əvivə ballistik raket zərbələri endirmişdi.

İlkin məlumatlara görə Bney Brakda kassetli raket başlıqlarından biri azı 3 nəfərin yaralanmasına və bir yaşayış binasının zədələnməsinə səbəb olub.

Qeyd edək ki, 2015-ci ildə İran və 5+1 qrupu arasında İranın nüvə proqramı ilə əlaqədar Hərtərəfli Birgə Fəaliyyət Planı üzrə razılıq əldə olunub və BMT Təhlükəsizlik Şurası 2231 saylı qətnaməni qəbul edib. Bu qətnamə İran əleyhinə tətbiq olunan öncəki 6 qətnamələri və İranın nüvə proqramı ilə əlaqədar genişhəcmli sanksiyaların dayandırılması ilə nəticələnib.

2018-də ABŞ sözügedən plandan çıxması ilə İrana qarşı sanksiyalar tətbiq edib. İranın mərhələli şəkildə planda nəzərdə tutulan məhdudiyyətləri dayandırması digər ölkələr tərəfindən birmənalı qarşılanmayıb. Nəticədə 28 sentyabr 2025-də İran əleyhinə BMT Təhlükəsizlik Şurasının qətnamələri yenidən bərpa olunub.

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin 2025-ci ilin may ayında yayımladığı hesabata əsasən, İranın zənginləşdirdiyi uranın həcmi 9 247 kiloqram təşkil edib və 60%-dən yuxarı zənginləşdirilən uranın həcmi isə 408 kiloqramdır.

ABŞ və İran arasında İranın nüvə proqramı ilə bağlı iki dəfə ayrı zamanlarda müzakirələr aparılsa da, tərəflər arasında konkret razılaşma əldə olunmayıb və hər iki müzakirə qarşıdurma ilə nəticələnib. Sonuncu olaraq 28 fevraldan etibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb.

Buna cavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-nin region ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücum edib. Sonradan qarşıdurma daha da genişlənərək Yaxın Şərqin müxtəlif ölkələrini əhatə edib.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb. İran Hörmüz boğazına nəzarəti tam şəkildə özündə saxlayaraq sadəcə lazım bildiyi gəmilərin boğazdan keçməsinə icazə verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti