...

Azərbaycandakı sığorta şirkətlərinin sığorta haqlarının məbləğinə görə renkinqi

İqtisadiyyat Materials 1 Aprel 2026 11:50 (UTC +04:00)
Azərbaycandakı sığorta şirkətlərinin sığorta haqlarının məbləğinə görə renkinqi
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda fəaliyyət göstərən 16 sığorta şirkəti vasitəsilə 277,562 milyon manat məbləğində sığorta haqqı toplanıb.

Trend bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,3% azdır.

Hesabat ayı ərzində ən çox sığorta haqları “Paşa Həyat Sığorta” ASC tərəfindən toplanıb – 100,681 milyon manat. İkinci yerdə 99,559 milyon manat həcmində sığorta haqları ilə “Paşa Sığorta”, üçüncü yerdə isə 17,427 milyon manatla “Atəşgah Həyat” Sığorta Şirkəti qərarlaşıb.

Aşağıda Azərbaycandakı sığorta şirkətlərinin 2026-cı ilin yanvar-fevral ayları üzrə toplanan sığorta haqları üzrə renkinqini təqdim edirik:

Şirkətin adı

Sığorta haqları (milyon manat)

“Paşa Həyat Sığorta”

100,681

“Paşa Sığorta”

99,559

“Atəşgah Həyat” Siğorta Şirkəti

17,427

“Aqrar Sığorta” Açıq Səhmdar Cəmiyyəti

9,722

“Qala Sığorta”

8,553

“Atəşgah” Sığorta Şirkəti

8,337

“Azərbaycan Sənaye Sığorta”

6,394

“Xalq Sığorta”

5,758

“Meqa Sığorta”

5,285

“Qala Həyat” Sığorta Şirkəti

4,790

“Meqa Həyat Sığorta”

4,309

“A-Qroup Sığorta Şirkəti”

2,788

“Xalq Həyat” Sığorta Şirkəti

2,024

“AzSığorta”

1,469

“İpək Yolu Sığorta”

465

“AtaSığorta”

2

Məqalədə:
Xəbər lenti

Xəbər lenti