Çin nadir torpaq metalları ilə bağlı məhdudiyyətləri aradan qaldıracaq - Ağ Ev

Dünya xəbərləri Materials 18 May 2026 01:51 (UTC +04:00)
Çin nadir torpaq metalları ilə bağlı məhdudiyyətləri aradan qaldıracaq - Ağ Ev
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Çin nadir torpaq metalları sektorunda tətbiq olunan məhdudiyyət və qadağaların aradan qaldırılması istiqamətində addımlar atacaq.

Trend-in məlumatına görə, bu barədə Ağ Evin rəsmi saytında yayımlanan bəyanatda bildirilib.

Bəyanatda qeyd olunur ki, Çin nadir torpaq metalları sahəsində təchizat zəncirində yaranmış problemlərlə bağlı ABŞ-nin narahatlıqlarının aradan qaldırılması üçün tədbirlər görəcək. Eyni zamanda, nadir torpaq metal məhsullarının, eləcə də onların emalı üçün avadanlıq və texnologiyaların satışına tətbiq edilən qadağa və məhdudiyyətlərlə bağlı ABŞ tərəfinin narahatlıqlarını da nəzərə alacaq.

Ağ Ev, həmçinin Çinin Amerikanın “Boeing” şirkətindən 200 təyyarə alacağını təsdiqləyib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti