Bakıdakı WUF13 mühüm platformaya çevriləcək - UN-Habitat (ÖZƏL)

Cəmiyyət Materials 17 May 2026 15:04 (UTC +04:00)
Bakıdakı WUF13 mühüm platformaya çevriləcək - UN-Habitat (ÖZƏL)
Xəyal Hətəmzadə
Xəyal Hətəmzadə
Bütün xəbərlər

Bakı. Trend:

Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü sessiyasının Bakıda keçirilməsi dayanıqlı şəhər inkişafı, mənzil siyasəti və iqlim dayanıqlılığı sahəsində beynəlxalq təcrübə mübadiləsi baxımından mühüm addım olacaq.

Bunu Trend-ə WUF13 çərçivəsində BMT-Habitat-ın qlobal həllər departamentinin direktoru Rafael Tuts deyib.

“Mən burada, Bakıda, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında iştirak etməkdən çox məmnunam. Bu, əslində mənim 13-cü forumumdur – mən bütün Ümumdünya Şəhərsalma Forumlarında iştirak etmişəm. Forumun Bakı və Azərbaycan tərəfindən necə təşkil olunmasından çox razıyam. Qoyulan investisiyalar və təşkilati işlər çox yüksək səviyyədə olub”,-deyə o bildirib.

UN-Habitat nümayəndəsinin sözlərinə görə, forum dayanıqlı şəhər inkişafı, əlçatan mənzil təminatı, şəhər mobilliyi və iqlim dəyişikliklərinə dayanıqlılıq məsələlərinin müzakirəsi üçün mühüm platformaya çevriləcək.

“Ümid edirik ki, Azərbaycan və digər ölkələr də daxil olmaqla üzv dövlətlər və şəhərlər arasında təcrübə mübadiləsi şəhərsalma və mənzil siyasətinin mükəmməlləşdirilməsi baxımından çox səmərəli olacaq”, – deyə Tuts vurğulayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti