Bakı. Trend:
Azərbaycan gender bərabərliyinin həllini müxtəlif sahələrdə həyata keçirir. Bu strategiyada da öz əksini tapıb.
Trend xəbər verir ki, BMT-nin Gürcüstandakı qadınlar üzrə nümayəndəsi və Cənubi Qafqaz üzrə əlaqələndirici Kaori İşikava Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Qadınlar assambleyası: Gender baxımından transformativ strategiyaların birgə yaradılması" adlı sessiyanın açılışında bildirib.
O qeyd edib ki, qadınlar bütün dünya üzrə üzləşdiyi çətinliklərlə kollektiv mübarizə aparmalıdırlar:
"Qadınlar parlamentlərdə getdikcə daha çox yer alırlar. Amma reallıq budur ki, qadınlar siyasətdə və s. sahələrdə diskriminasiyaya məruz qalırlar. Bu, onların mənzil təhlükəsizliyində də özünü göstərir. Biz adekvat mənzillə təmin olunmada ədalətin bərpasına nail olmalıyıq. Qadınlar qarşısında bu sahədə qeyri-bərabər gəlir və fürsətlər mövcuddur. Çalışmalıyıq ki, həm qadınların, həm də kişilərin istəklərini nəzərə alaq. Xüsusilə iqlim dəyişiklikləri fonunda mənzil təhlükəsizliyinə diqqət yetirilməlidir", - deyə o qeyd edib.
