AZAL Naxçıvan reyslərini bərpa edib

Cəmiyyət Materials 17 May 2026 10:44 (UTC +04:00)
AZAL Naxçıvan reyslərini bərpa edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Azərbaycan Hava Yolları" QSC (AZAL) son günlər əlverişsiz hava şəraiti səbəbindən təxirə salınmış Bakı-Naxçıvan-Bakı reyslərini bərpa edib.

Trend AZAL-a istinadən xəbər verir ki, sözügedən marşrut üzrə uçuşlar ştat rejimdə icra olunur.

"Sərnişinlərin təhlükəsizliyi AZAL üçün daim ən vacib prioritet olaraq qalır və bu istiqamətdə bütün zərüri tədbirlər həyata keçirilir", - deyə aviaşirkət bəyan edib.

Xəbər lenti

Xəbər lenti