Bakı. Trend:
Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasından (WUF13) gözləntilər böyükdür.
Trend xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bildirib.
Onun sözlərinə görə, Bakı bu gün xarici qonaqları aktual mövzuları müzakirə etmək üçün bir araya toplayıb:
«Məhsuldar iş üçün burada platforma yaradılıb. Məncə, əsas məsələ budur. Qonaqlar həmçinin Azərbaycanda görülən işlər barədə məlumat ala biləcəklər».
Anar Quliyev qeyd edib ki, Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə bağlı mükafat təsis olunub.
Onun sözlərinə görə, bu ildən etibarən təsis edilən mükafat «Baku Urban Award» adlanır:
«Bundan sonra hər Ümumdünya Şəhərsalma Forumunda Bakı adı ilə bağlı bu mükafatın təqdimetmə mərasimi keçiriləcək».
