"Mançester Siti" 19 yaşlı vingeri transfer edir

İdman Materials 16 May 2026 01:07 (UTC +04:00)
"Mançester Siti" 19 yaşlı vingeri transfer edir

Bakı. Trend:

"Mançester Siti" Fransanın "Trua" klubunda çıxış edən Matis Deturbenin keçidini həll edib.

Trend xəbər verir ki, Premyer Liqa nəhəngi 19 yaşlı vinger üçün 25 milyon avro təzminat ödəyəcək. Bu barədə "RMC Sport" məlumat yayıb.

"Şəhərlilər" Deturbeni transfer etdikdən sonra onu bir mövsümlük "Monako"ya icarəyə verəcək. Fransalı oyunçu 2027-ci ilin yayında "Mançester Siti"yə qoşulacaq.

Qeyd edək ki, Matis Deturbe cari mövsümdə Fransa Liqa 2-də meydana çıxdığı 33 rəsmi matçda 3 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər lenti

Xəbər lenti