Elnur Məmmədov Avropa Şurası Nazirlər Komitəsinin 135-ci sessiyasında iştirak edib (FOTO)

Siyasət Materials 15 May 2026 19:49 (UTC +04:00)
Elnur Məmmədov Avropa Şurası Nazirlər Komitəsinin 135-ci sessiyasında iştirak edib (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Xarici işlər nazirinin müavini Elnur Məmmədov Avropa Şurası (AŞ) Nazirlər Komitəsinin 14-15 may tarixlərində Moldovanın paytaxtı Kişineu şəhərində keçirilmiş 135-ci sessiyasında iştirak və çıxış edib.

Trend xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Sessiyada çıxışı zamanı nazir müavini ötən ilin avqust ayında Vaşinqtonda Azərbaycan və Ermənistan liderləri tərəfindən birgə bəyanatın imzalandığını və iki ölkə arasında Sülh və Dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişin paraflandığını diqqətə çatdırıb.

Ötən doqquz ay ərzində hər iki ölkənin sülh şəraitində yaşadığını, yeni reallığın praktik faydalarının artıq özünü büruzə verdiyini və sülhün möhkəmləndirilməsi üzrə tədbirlərin davam etdiyini vurğulayıb.

O, Azərbaycanın birtərəfli qaydada tranzit və ticarət məhdudiyyətlərini ləğv etdiyini, öz ərazisi vasitəsilə Ermənistana yüklərin daşınmasına şərait yaradıldığını, mal və məhsulların ixrac olunduğunu, habelə etimad mühitinin gücləndirilməsi və ortaq maraqlar ətrafında açıq müzakirələrin aparılması üçün vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfər və görüşlərinin baş tutduğunu qeyd edib.

Nazir müavini çıxışında Avropa Şurası Parlament Assambleyasının Azərbaycana qarşı qərəzli yanaşmasının Avropa Şurasının təsisat kimi bütövlüyünə ciddi xələl gətirdiyini və bu vəziyyətin qeyd-şərtsiz aradan qaldırılması məsuliyyətinin təşkilatın üzərinə düşdüyünü vurğulayıb.

O, AŞ Nazirlər Komitəsinin sədri qismində fəaliyyətinə görə Moldovaya təşəkkür edib, yeni sədr Monakoya uğurlar arzulayıb.

E.Məmmədov, həmçinin sessiya çərçivəsində təşkil olunmuş "Avropada miqrasiya" mövzusunda dəyirmi masada iştirak və çıxış edib.

Xəbər lenti

Xəbər lenti