Bakı. Trend:
İsrail və Livan arasında Vaşinqtonda keçirilən üçüncü danışıqlar "müsbət və məhsuldar" keçib.
Trend-in məlumatına görə, bu barədə "Al Jazeera" televiziya kanalı ABŞ Dövlət Departamentinin yüksək vəzifəli məmuruna istinadən xəbər verib.
Qeyd olunub ki, ABŞ tərəfindən təşkil edilən müzakirələr cümə günü davam edəcək.
Nümayəndə kanala bildirib ki, "Sabah davam etməyi səbirsizliklə gözləyirik və ümid edirik ki, o zaman daha çox paylaşım edəcəyik".