Koçaryan həbsdə olmalıdır - Paşinyan

Dünya xəbərləri Materials 14 May 2026 16:02 (UTC +04:00)
Koçaryan həbsdə olmalıdır - Paşinyan
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

“1 mart” işi açılıb, yüz faiz açılıb, bütün təfərrüatları ilə açılıb. Hüquq-mühafizə sistemimizin dəstəbaşı Robert Koçaryanı hüquqi məsuliyyətə cəlb etməli olduğu artıq başqa məsələdir. Qısası, Robert Koçaryan həbsdə olmalıdır”.

Trend xarici mediaya xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 14-də seçkiqabağı təşviqat zamanı bildirib.

Onun sözlərinə görə, bu baş verməyənə qədər hakimiyyət Ermənistanda ədalətli məhkəmə sisteminin mövcud olduğuna heç kəsi inandıra bilməyəcək.

“Mənim ünvanıma səslənən və cavab verməkdə ən çox çətinlik çəkdiyim ittiham belədir: insanlar soruşurlar ki, Robert Koçaryan niyə azadlıqdadır”, - deyə Paşinyan qeyd edib.

O bildirib ki, şəxsən özünə aid məsələlərdən mümkün qədər uzaq durmağa çalışır, çünki vəsvəsə böyükdür və həmçinin onun "hakimiyyətə şəxsi problemlərini həll etmək üçün gəldiyi" təəssüratının yaranmamasından ehtiyat edir.

“Mən istəyirəm ki, məsələlər institusional səviyyədə həll olunsun. Bu - oliqarx qruplarının necə formalaşmasından tutmuş, hərbi geyimlərin necə paylanmasına qədər - ictimai işdir”, - deyə Paşinyan yekunlaşdırıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti