Qazaxıstanda qan rəqəmsallaşdırılıb

Dünya xəbərləri Materials 14 May 2026 21:25 (UTC +04:00)
Qazaxıstanda qan rəqəmsallaşdırılıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Qazaxıstanda qan komponentlərinin identifikasiyası məqsədilə QR-kod sisteminin tətbiqinə başlanılıb.

Trend bu barədə xarici mediaya istinadən xəbər verir.

Qazaxıstan Respublikası Səhiyyə Nazirliyinin Respublika Qan Mərkəzində qan komponentlərinin etiketlərində QR-kodlardan istifadəni nəzərdə tutan rəqəmsal “ScanQAN” sistemi tətbiq edilib.

Layihə pasiyentlərin təhlükəsizliyinin artırılmasına, qanın keyfiyyətinə nəzarətin gücləndirilməsinə və transfuziya terapiyasının aparılması zamanı tibb işçilərinə dəstəyin genişləndirilməsinə imkan verəcək.

Qeyd edək ki, bu sistem Qazaxıstanda ilk dəfə olaraq tətbiq olunur.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti