Cənubi Qafqazda formalaşmış real sülh və təhlükəsizliyin əsas təminatçısı Azərbaycandır - Fərid Şəfiyev

Siyasət Materials 14 May 2026 10:53 (UTC +04:00)
Cənubi Qafqazda formalaşmış real sülh və təhlükəsizliyin əsas təminatçısı Azərbaycandır - Fərid Şəfiyev
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Cənubi Qafqazda real sülh və təhlükəsizlik artıq formalaşıb və bu sabitliyin əsas təminatçısı Azərbaycandır.

Trend xəbər verir ki, bu fikirləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev bu gün keçirilən “Cənab Prezidentin Zəngilana səfəri zamanı etdiyi çıxış ətrafında müzakirələr” adlı dəyirmi masada səsləndirib.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri regionda mövcud olan mürəkkəb geosiyasi vəziyyətə də diqqət çəkib. O bildirib ki, hazırda həm şimal, həm də cənub istiqamətlərində müharibələr davam edir və həmin münaqişələrin hansı şəkildə nəticələnəcəyini proqnozlaşdırmaq çətindir. Fərid Şəfiyev İran ətrafındakı vəziyyətin də hələ də gərgin olaraq qaldığını qeyd edib.

“Belə bir şəraitdə bəzi qüvvələr regionda yaranmış yeni reallıqlara qarşı fəaliyyət göstərirlər. Prezident İlham Əliyevin çıxışından da görünür ki, bu təzyiqlər yalnız bir mərkəzdən qaynaqlanmır. Biz Rusiyadan Ermənistana və ümumilikdə regiona yönələn müəyyən mesajları müşahidə edirik. Burada söhbət yalnız Ermənistanın Avropa İttifaqı ilə bağlı siyasətindən getmir. Hətta bəzi çıxışlarda “Türkmənçay” müqaviləsi kimi fundamental məsələlər də gündəmə gətirilir. Təəssüf ki, paralel olaraq Avropa tərəfindən də Azərbaycana qarşı müəyyən addımların atıldığını görürük”, – deyə o əlavə edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti