Bakı. Trend:
Bakı sadəcə memarlıq və küçələrdən ibarət deyil, o həm də bir
ritm, bir enerjidir. "Yelo Bank"ın dəstəyi, Azərbaycan Şəhərsalma
Kampaniyası və Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF
13) ərəfəsində “Bakı Şəhərsalma Həftəsi” çərçivəsində paytaxtımızda
“Şəhərin səsi” adlı xüsusi mədəni proqram keçiriləcək. Bu layihə
şəhər enerjisini rəqəmsal incəsənət və müasir musiqinin unikal
sintezi ilə bir araya gətirir.
16 may tarixində Cəfər Cabbarlı adına “Azərbaycanfilm”
kinostudiyasının unikal tarixi atmosferi audiovizual
performansların, "videomapping" və elektron musiqinin sintezi ilə
tamamilə yeni bir formaya bürünəcək. Səbinə Şıxlinskayanın
kuratorluğu ilə hazırlanan vizual proqram və tanınmış DJ-lərin
çıxışları Bakının çoxqatlı kimliyini fərqli bir rakursdan nümayiş
etdirəcək.
"Yelo Bank" yaradıcı sənayelərin inkişafına və şəhər mədəniyyətinin
müasir transformasiyasına töhfə verməkdən qürur duyur. Sizi də bu
immersiv təcrübənin bir hissəsi olmağa və Bakının ritmini bizimlə
birgə hiss etməyə dəvət edirik. Giriş ödənişsizdir, lakin qeydiyyat
mütləqdir. Qeydiyyatdan keçmək üçün link:https://ylb.az/4nwgnDV.
Bank xidmetleri
barədə əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya
Facebook, Instagram , Whatsapp və yelo.az
hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!