Bakı. Trend:
Serbiya tarixində ilk dəfə NATO-nun təşkil etdiyi birgə hərbi təlimlərdə iştirak edib.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Manevrlərdə Serbiya, Türkiyə, İtaliya və Rumıniyadan ümumilikdə 600-ə yaxın hərbi qulluqçu iştirak edib.
Təlimlərin gedişatını alyansın bir sıra ölkələrindən olan müşahidəçilər, o cümlədən ABŞ, Britaniya, Fransa və Almaniya hərbi qurumlarının nümayəndələri izləyib. Müharibə oyunları taktiki xarakter daşıyır və mayın 23-ə kimi davam edəcək. Serbiya Müdafiə nazirliyinin bəyanatına görə, birgə təlimlərdə əsas məqsəd təcrübə mübadiləsidir.
