Bakı. Trend:
Futbol üzrə İngiltərə Premyer Liqasında XXXI turdan təxirə salınmış oyun keçirilib.
Trend xəbər verir ki, çempionluq uğrunda mübarizə aparan "Mançester Siti" evdə "Kristal Pelas"ı 3:0 hesabı ilə məğlub edib. Qolları Antonio Semenyo, Omar Marmuş və Savinyo vurublar.
Bu qələbədən sonra xallarını 77-yə çatdıran "Mançester Siti" mövsümün başa çatmasına 2 tur qalmış lider "Arsenal"la xal fərqini 2-yə endirib.