"SpaceX" şirkəti yeni "Starship" raketinin sınaq buraxılışını açıqlayıb

Dünya xəbərləri Materials 13 May 2026 02:46 (UTC +04:00)
"SpaceX" şirkəti yeni "Starship" raketinin sınaq buraxılışını açıqlayıb

Bakı. Trend:

ABŞ-nin "SpaceX" şirkəti mayın 19-da "Starship" kosmik gəmisinin prototipini daşıyan raketin daha bir sınaq buraxılışını həyata keçirməyi planlaşdırır.

Trend-in məlumatına görə, bu barədə "SpaceX" şirkəti "X" sosial şəbəkəsində yazıb.

"On ikinci sınaq uçuşu yeni nəsil "Starship" və "Raptor" mühərriklərinin yeni versiyası ilə təchiz edilmiş "Super Heavy" gücləndiricisini sınaqdan keçirəcək. Buraxılış "Starbase" kosmodromundakı təkmilləşdirilmiş buraxılış meydançasından həyata keçiriləcək. Buraxılış 19 may çərşənbə axşamı günü planlaşdırılır", - deyə bildirilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti