Bakı. Trend:
İspaniyanın "Real Madrid" futbol klubunun prezidenti Florentino Peres klubun prezidenti vəzifəsinə növbədənkənar seçkilərin keçiriləcəyini açıqlayıb.
Trend-in məlumatına görə, bu barədə F. Peres mətbuat konfransı deyib.
"Bağışlayın, amma istefa verməyə hazırlaşmıram. Yeni seçkilərin keçirilməsini elan edirəm, çünki "Real Madrid" klub üzvlərinə məxsusdur və qərarı onlar verməlidir. Qoy başqaları da namizədliyini irəli sürüb proqramlarını təqdim etsinlər. Məni tənqid edən hər kəs bu seçkilərdə iştirak edə bilər", - deyə o bildirib.
Qeyd edək ki, "Real Madrid"də yeni prezident seçkilərinin 2029-cu ildə keçirilməsi nəzərdə tutulurdu.
