Bakı-Bratislava birbaşa uçuşlarına start verilir

Siyasət Materials 13 May 2026 13:24 (UTC +04:00)
Bakı-Bratislava birbaşa uçuşlarına start verilir
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

2026-cı ilin oktyabrından Bakı və Bratislava arasında birbaşa uçuşlar başlayacaq.

Trend xəbər verir ki, bunu Slovakiya Milli Şurasının sədri Rixard Raşi Milli Məclisin sədri Sahibə Qafarova ilə mətbuata birgə bəyanatında deyib.

Sədr bildirib ki, bu, iki ölkə arasında əməkdaşlıq potensialını daha da artıracaq:

“Slovakiyadan turistlər Bakıya, Bakıdan isə turistlər Slovakiyaya daha rahat səfər edə biləcəklər”.

R.Raşi vurğulayıb ki, bu prosesi dəstəkləmək məqsədilə xüsusi turizm bürosu yaradılacaq:

“Bu büro vasitəsilə Slovakiya turistləri üçün Bakı daha cəlbedici olacaq, eyni zamanda Bakıdan olan turistlər və sahibkarlar Bratislavaya daha çox maraq göstərəcəklər. Bakı Slovakiya turistləri və iş adamları üçün mühüm mərkəzə çevriləcək”.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti