İsrail Livanda 45 hərbi hədəfə zərbələr endirib

Dünya xəbərləri Materials 12 May 2026 12:55 (UTC +04:00)
İsrail Livanda 45 hərbi hədəfə zərbələr endirib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrail Müdafiə Qüvvələri (IDF) gün ərzində "Hizbullah" hərəkatının Livanın cənubunda yerləşən 45 hərbi obyektinə zərbələr endirib.

Trend xəbər verir ki, bu barədə hərəkatın mətbuat xidməti məlumat yayıb.

“Son 24 saat ərzində IDF Livanın cənubunda yerləşən bir neçə rayonda "Hizbullah"a aid 45 obyektə zərbələr endirib. Bundan başqa "Hizbullah"ın döyüş sursatlarının saxlanılması üçün istifadə etdiyi 10 anbarına hücum edilib”,-deyə bəyanatda qeyd olunur.

Bombalanan obyektlər arasında qərargahların, müşahidə postlarının, toplanma məntəqələrinin, eləcə də hərbi məqsədlərlə istifadə olunan binaların yer aldığı bildirilir.

Həmçinin qeyd edilir ki, paralel olaraq İsrail hərbi hava qüvvələri bir neçə raket buraxılış qurğusuna zərbələr endirib və IDF bölmələrinə təhlükə yaradan döyüşçüləri zərərsizləşdirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti