Bakı. Trend:
Əfqanıstanın Pakistandakı müvəqqəti işlər vəkili polis məntəqəsinə edilən terror hücumu ilə əlaqədar Pakistan Xarici İşlər Nazirliyinə çağırılıb.
Trend xəbər verir ki, bu barədə Pakistan XİN məlumat yayıb.
Bildirilib ki, hücumla bağlı araşdırma göstərir ki, hücum Əfqanıstanda sığınacaq tapan Fitnə əl-Xəvaric qrupunun (əvvəllər Tehrik-e-Taliban Pakistan və ya Pakistan Taliban Hərəkatı kimi tanınırdı) terrorçuları tərəfindən törədilib. Diplomata bildirilib ki, Pakistan Əfqanıstan ərazisinin Pakistana qarşı terror hücumları üçün davamlı istifadədən ciddi narahatlıq duyur. Əfqanıstan tərəfinə həmçinin İslamabadın bu vəhşi hücumu törədənlərin hərəkətlərinə qətiyyətlə cavab vermək hüququnu özündə saxladığı bildirilib.
Mayın 10-da Pakistanın Bannu şəhərində terrorçular tərəfindən törədilən avtomobil partlayışı nəticəsində ən azı 15 polis əməkdaşı həlak olub.
