Bakı. Trend:
İsrail Müdafiə Qüvvələri gün ərzində Livanın cənubundakı "Hizbullah" hərəkatının 20 hərbi hədəfinə hücum edib.
Trend-in məlumatına görə, bu barədə İsrail ordusunun mətbu xidməti bildirib.
"Bazar günü İsrail Müdafiə Qüvvələri Livanın cənubundakı bir neçə ərazidə 20 terrorçu hədəfinə zərbə endirib", - deyə bildirilib.
Hücum edilən hədəflər arasında "Hizbullah"ın qərargahları və silah anbarları olub.
