Bu ildən Azərbaycanda distant təhsil modeli üzərində işlər aparılır - Emin Əmrullayev

Cəmiyyət Materials 10 May 2026 12:20 (UTC +04:00)
Bu ildən Azərbaycanda distant təhsil modeli üzərində işlər aparılır - Emin Əmrullayev
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ildən Azərbaycanda distant təhsil modeli üzərində işlər aparılır.

Trend xəbər verir ki, bunu Azərbaycanın Elm və təhsil naziri Emin Əmrullayev Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı Fəxri xiyabanı ziyarəti zamanı jurnalistlərə açıqlamasında deyib.

Nazirin sözlərinə görə, 6 kiçik məktəbdə şagirdlər yerlərini dəyişmədən mərkəzdən qoşulan bir müəllim tərəfindən onlayn təhsil alırlar.

“Bu halda şagird həmin kənddə qalır, müəllim isə digər məktəbdən dərsə qoşulur. Bu kimi ciddi dəyişikliklər üçün təbii ki, zaman lazımdır. Hazırda ilkin mərhələdə olsaq da, prosesin müsbət addımlarla irəlilədiyini deyə bilərik. Yay aylarında şagird sayı yenidən hesablanacaq və bu istiqamətdə işlər davam etdiriləcək", - nazir qeyd edib.

Xəbər lenti

Xəbər lenti