Mingəçevirdə yerləşən oteldə yanğın baş verib

Cəmiyyət Materials 9 May 2026 12:42 (UTC +04:00)
Mingəçevirdə yerləşən oteldə yanğın baş verib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Mingəçevir şəhərində yerləşən oteldə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən Trend-ə bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Mingəçevir Şəhər Yanğından Mühafizə Dəstəsinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində otelinin 1-ci mərtəbəsində yerləşən saunada baş vermiş yanğın genişlənməsinə, o cümlədən otelə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində sauna 35kv.m. sahədə yanıb.

Saunanın qalan hissəsi və otel binası yanğından mühafizə edilib, xəsarət alan olmayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti