"Liverpul" Braziliya millisinin üzvünü transfer etmək istəyir

İdman Materials 9 May 2026 15:38 (UTC +04:00)
"Liverpul" Braziliya millisinin üzvünü transfer etmək istəyir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Nottingem Forest"in müdafiəçisi Murilyo İngiltərə Premyer Liqasında klubunu dəyişə bilər.

Trend xəbər verir ki, "Liverpul" braziliyalı futbolçunun xidmətində maraqlıdır. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Mersisayd təmsilçisi Murilyonu yayda transfer etmək istəyir. Klubu 23 yaşlı mərkəz müdafiəçisini 70 milyon avroya satmağa hazırdır.

Qeyd edək ki, "Nottingem Forest" Murilyonu 2023-cü ilin yayında "Korintians"dan 12 milyon avroya transfer edib. Braziliya millisinin üzvü cari mövsümdə "qırmızılar"ın heyətində meydana çıxdığı 39 rəsmi matçda 2 qol vurub.

Xəbər lenti

Xəbər lenti