Ötən ay 13 kişi məişət zorakılığı ilə bağlı müraciət edib - Rəsmi

Cəmiyyət Materials 8 May 2026 15:39 (UTC +04:00)
Ötən ay 13 kişi məişət zorakılığı ilə bağlı müraciət edib - Rəsmi
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

2026-cı ilin aprel ayı ərzində məişət zorakılığı ilə bağlı Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə ümumilikdə 63 müraciət daxil olub.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin Məişət zorakılığının qarşısının alınması sektorunun məsləhətçisi İradə Məmmədova məlumat verib.

Onun sözlərinə görə, müraciətlərdən 47-si qadınlar, 13-ü kişilər, 3-ü isə uşaqlar tərəfindən edilib:

"Aprel ayı üzrə daxil olan müraciətlərin 45-i fiziki, 9-u psixoloji, 6-sı iqtisadi, 3-ü isə cinsi zorakılıq halları ilə bağlı olub. Müraciətlərin coğrafiyasına gəldikdə isə, 27 müraciət regionlardan, 35 müraciət Bakı şəhərinin rayonlarından daxil olub".

Komitə rəsmisi kişilər tərəfindən daxil olan müraciətlərlə bağlı bildirib ki, daxil olan 13 müraciətin heç biri fiziki zorakılıqla bağlı olmayıb.

"Həmin müraciətlər əsasən iqtisadi və psixoloji zorakılıq halları ilə əlaqədar olub. Əksər müraciətlər kişilərin övladları ilə ünsiyyət imkanlarının məhdudlaşdırılması, aliment və uşaqların anaları tərəfindən məişət zorakılığına məruz qalması iddiaları ilə bağlıdır. Qeyd edək ki, həmin müraciətlər üzrə faktlar hələ təsdiqlənməyib, yekun nəticələr yalnız aidiyyəti qurumlardan daxil olacaq cavab məktublarından sonra məlum olacaq".

Məqalədə:

Xəbər lenti

Xəbər lenti