Məşq zamanı dava etdiklərinə görə 500 min avro cərimələndilər

İdman Materials 8 May 2026 21:00 (UTC +04:00)
Məşq zamanı dava etdiklərinə görə 500 min avro cərimələndilər
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İspaniyanın "Real Madrid" futbol klubunun uruqvaylı yarımmüdafiəçiləri Federiko Valverde və fransız Olerien Çuameni məşq zamanı dava etdiklərinə görə hər biri 500 min avro cərimələniblər.

Trend xəbər verir ki, məşq zamanı baş verən davadan sonra oyunçulara qarşı intizam tədbirləri başladılıb. Valverde Çouameni ilə mübahisəni təsdiqləsə də, fiziki dava ilə bağlı məlumatları təkzib edib.

"Oyunçular baş verənlərə görə dərin təəssüflərini bildiriblər və bir-birlərindən üzr istəyiblər. Oyunçular klubdan, komanda yoldaşlarından, məşqçilər heyətindən və azarkeşlərdən üzr istəyiblər. Hər ikisi "Real Madrid"lə işləməyə davam etməyə hazır olduqlarını və klubun məqbul hesab etdiyi istənilən cəzanı qəbul etməyə hazır olduqlarını bildiriblər. Bu halları nəzərə alaraq, "Real Madrid" hər bir oyunçuya 500 min avro cərimə tətbiq etmək qərarına gəlib və bununla da müvafiq daxili araşdırma başa çatıb", - klubun açıqlamasında bildirilir.

Xəbər lenti

Xəbər lenti