DÇ-2026 bilet qiymətləri Trampı məəttəl qoyub

İdman Materials 9 May 2026 00:43 (UTC +04:00)
DÇ-2026 bilet qiymətləri Trampı məəttəl qoyub
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp qarşıdan gələn futbol üzrə dünya çempionatının oyunlarına biletlərin baha olması səbəbindən onları almayacağını etiraf edib.

Trend xəbər verir ki, barədə “The New York Times” nəşri yazır.

Amerikalı lider ABŞ və Paraqvay milli komandaları arasında keçirilməli olan matçın bilet qiymətlərinin 1000 dollara yaxın olduğuna diqqət çəkib.

“Bu məbləğdən xəbərim yox idi. Əlbəttə, orada olmaq istərdim, amma düzünü desəm, mən də olsaydım onlara pul verməzdim”,- deyə Ağ Evin sahibi bildirib.

2026-cı il dünya çempionatı iyunun 11-dən iyulun 19-dək keçiriləcək. Oyunlar eyni vaxtda üç ölkənin- ABŞ, Kanada və Meksikanın stadionlarında baş tutacaq. Oyunlara biletlərin qiyməti 100 dollardan - 6370 dollara qədər dəyişir.

Xəbər lenti

Xəbər lenti