“Qarabağ”a 75 min cərimə, Yankoviçə 8 oyun cəza - İntizam Komitəsi qərarları açıqladı

İdman Materials 8 May 2026 18:06 (UTC +04:00)
“Qarabağ”a 75 min cərimə, Yankoviçə 8 oyun cəza - İntizam Komitəsi qərarları açıqladı
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

AFFA İntizam Komitəsinin qərarları açıqlanıb.

Trend xəbər verir ki, bu barədə qurumun rəsmi saytında məlumat dərc edilib.

Bildirilib ki, 22 aprel 2026-cı il tarixində Bizon Azərbaycan Kubokunda ½ finalın cavab qarşılaşması olan “Sabah” – “Qarabağ” oyunu bitdikdən sonra “Qarabağ” komandasının 8 nömrəli futbolçusu Marko Yankoviç hakimin qərarına etiraza görə ikinci sarıdan qırmızı vərəqə aldığına, dəhlizdə hakimə fiziki təzyiq göstərməyə cəhd etdiyinə, hakimə hədə-qorxu gəldiyinə görə 8 oyun oyuna buraxılmayacaq, “Qarabağ” komandası 25 500 manat cərimə ediləcək.

Oyun bitdikdən sonra “Qarabağ” komandasının məşqçisi Hüseyn Seyidov hakimə fiziki təzyiq göstərməyə çalışdığına, onu təhqir etdiyinə görə 6 oyun oyuna buraxılmayacaq, “Qarabağ” komandası 18000 manat cərimə ediləcək.

Oyun bitdikdən sonra “Qarabağ” komandasının əməkdaşı İlqar Şamilov oyunun rəsmi şəxsinə fiziki təzyiq göstərməyə cəhd etdiyinə görə 5 oyun oyuna buraxılmayacaq, “Qarabağ” komandası 8000 manat cərimə ediləcək.

“Qarabağ” komandasının azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə “Qarabağ” komandası 8000 manat cərimə ediləcək.

“Qarabağ” komandasının azarkeşləri tərəfindən dəfələrlə pirotexniki vasitədən istifadə edildiyinə görə “Qarabağ” komandası 7000 manat cərimə ediləcək.

“Qarabağ” komandasının azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə “Qarabağ” komandası 2000 manat cərimə ediləcək.

Oyunun 37-ci dəqiqəsində “Qarabağ” komandasının 99 nömrəli qapıçısı Mateus Koxalski rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Qarabağ” komandası 1000 manat cərimə ediləcək.

“Qarabağ” komandasının azarkeşlərinin olduğu sektorda zərər və dağıntı törədildiyinə görə “Qarabağ” komandası 5000 manat cərimə ediləcək. Stadionda sındırılmış 70 ədəd oturacağa görə dəymiş zərər “Qarabağ” komandası tərəfindən qarşılanacaq.

“Sabah” komandasının azarkeşləri olan hissədən meydançaya kənar şəxs daxil olduğuna görə “Sabah” komandası 6 500 manat cərimə ediləcək.

“Sabah” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Sabah” komandası 3000 manat cərimə ediləcək.

“Sabah” komandasının azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə “Sabah” komandası 2000 manat cərimə ediləcək.

Xəbər lenti

Xəbər lenti