Bakı.Trend
ABŞ Silahlı Qüvvələrinin beş hərbi bazasında dronlardan müdafiə məqsədilə istiqamətləndirilmiş enerji silahları, o cümlədən lazer və mikordalğa qurğuları yerləşdiriləcək.
Trend xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, qanunsuz dron uçuşlarına qarşı müdafiə üzrə pilot layihə çərçivəsində silahlar Vaşinqton ştatında yerləşən Kitsap Hərbi-Dəniz Bazasında, Texas ştatındakı Fort Bliss və Arizona ştatındakı Fort Huaçuka quru qoşunları bazalarında, eləcə də Şimali Dakota ştatındakı Qrand Forks və Missuri ştatındakı Uaytman Hərbi Hava Qüvvələri bazalarında yerləşdiriləcək.
Qurğuların quraşdırılmasının altı ay ərzində tamamlanması planlaşdırılır.
