Azərbaycanda ödəniş kartları ilə fırıldaqçılıq hallarının sayı açıqlanıb

İqtisadiyyat Materials 8 May 2026 17:01 (UTC +04:00)
Azərbaycanda ödəniş kartları ilə fırıldaqçılıq hallarının sayı açıqlanıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

2026-cı ilin I rübündə Azərbaycanda ödəniş kartları ilə ölkədaxili 1 milyon 350 min 492 manatlıq 4 995 fırıldaqçılıq halı baş verib.

Trend bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Məlumata görə, bu, 2025-ci ilin IV rübü ilə müqayisədə müvafiq olaraq 24,3% az və 47,5% çoxdur.

Hesabat dövründə ödəniş kartları ilə ölkəxarici fırıldaqçılıq hallarının dəyəri ötən ilin son rübü ilə müqayisədə 12,2% azalaraq 325 min 335 manat olub, fırıldaqçılıq hallarının sayı isə 10,7% artaraq 6 020 təşkil edib.

2026-cı ilin I rübündə ölkədaxili baş vermiş fırıldaqçılığın 21,4%-i hesabın ələ keçirilməsi, 78,6%-i digər hallarla, ölkəxarici fırıldaqçılıq hallarının isə 60,2%-i kartın fiziki iştirakı olmadan, 39,8%-i digər hallarla bağlı olub.

Dövr ərzində ölkədaxili fırıldaqçılığın 98,3%-i elektron ticarət və mobil tətbiq üzərindən, 1,7%-i isə digər hallarda, ölkəxarici fırıldaqçılığın isə 80,6%-i elektron ticarət və mobil tətbiq üzərindən, 19,4%-i isə digər hallarda baş verib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti