IsDB nümayəndələri Ələt Azad İqtisadi Zonasında həyata keçirilən layihələrlə tanış olub (FOTO)

İqtisadiyyat Materials 8 May 2026 16:07 (UTC +04:00)
IsDB nümayəndələri Ələt Azad İqtisadi Zonasında həyata keçirilən layihələrlə tanış olub (FOTO)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin mayın 7-də İslam İnkişaf Bankı (IsDB) Qrupunun sədri Məhəmməd Süleyman Əl-Casirin rəhbərlik etdiyi nümayəndə heyəti Ələt Azad İqtisadi Zonasını (ƏAİZ) ziyarət edib.

Trend bu barədə ƏAİZ-ə istinadən xəbər verir.

Məlumata görə, səfər çərçivəsində nümayəndə heyətinin, iqtisadiyyat nazirinin müavini Səməd Bəşirlinin, eləcə də İqtisadiyyat Nazirliyinin digər rəsmilərinin iştirakı ilə görüş keçirilib. Görüş zamanı Ələt Azad İqtisadi Zonasının (ƏAİZ) Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov ƏAİZ barədə ətraflı təqdimatla çıxış edib.

Təqdimat zamanı V. Ələsgərov qonaqlara Ələt Azad İqtisadi Zonasında investorlar üçün yaradılmış biznes mühiti barədə ətraflı məlumat verib. Buraya Zonanın unikal hüquqi çərçivəsi, fiskal və qeyri-fiskal təşviq paketləri, istifadəyə tam hazır infrastruktur və kommunal xidmətlərlə təmin olunmuş sənaye torpaq sahələri, həmçinin nəqliyyat və logistika üstünlükləri daxildir. O, həmçinin Azad Zonada bu günədək həyata keçirilmiş infrastruktur layihələri və ərazi daxilində icra olunan davam edən layihələr barədə məlumat verib.

M. Əl-Cassir görülmüş işləri yüksək qiymətləndirib və xüsusilə hava limanının tikintisi də daxil olmaqla həyata keçirilən layihələri vurğulayıb. O, həmçinin Ələt Azad İqtisadi Zonasının digər uğurlu azad iqtisadi zonaların təcrübəsindən faydalanmasına böyük maraq göstərib. Bildirib ki, investorlarla münasibətlərin idarə olunmasında “vahid pəncərə” prinsipinin tətbiqi, eləcə də proseslərin vahid mərkəzdən idarə olunması Zonanın cəlbediciliyini daha da artırır.

Səfər çərçivəsində nümayəndə heyəti və İqtisadiyyat Nazirliyinin rəsmiləri Ələt Azad İqtisadi Zonasında investorlar üçün yaradılmış biznes mühiti ilə tanış olublar. Qonaqlar əvvəlcə yüngül və standart istehsal üçün nəzərdə tutulmuş FEZ 1 ərazisini ziyarət edərək burada həyata keçirilən infrastruktur işləri ilə tanış olublar. Daha sonra isə FEZ 4 ərazisində tikilən beynəlxalq hava limanının inşaat prosesini müşahidə ediblər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti