Belarus Universal Əmtəə Birjası Azərbaycandan pambıq lifinin idxalında maraqlıdır

İqtisadiyyat Materials 8 May 2026 12:23 (UTC +04:00)
Belarus Universal Əmtəə Birjası Azərbaycandan pambıq lifinin idxalında maraqlıdır
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı.Trend

Belarus Universal Əmtəə Birjası Azərbaycandan pambıq lifinin idxalında maraqlıdır.

Trend xəbər verir ki, bunu Belarus Universal Əmtəə Birjası ASC-nin xarici-iqtisadi fəaliyyət idarəsinin rəisi Yaroslav Kovalçuk Bakıda keçirilən Belarus Universal Əmtəə Birjasının seminarında deyib.

“Artıq qeyd olunan tərəvəz və meyvələr, quru meyvələr və qoz-fındıqla yanaşı, biz Azərbaycanın pambıq lifinə də yüksək maraq göstəririk. Biz əminik ki, Azərbaycan şirkətləri bazarın digər iştirakçılarına, ilk növbədə Mərkəzi Asiya ölkələrindən olanlara ciddi rəqabət təşkil edə biləcəklər, çünki sizin regionda kifayət qədər güclü istehsalçıların və keyfiyyətli xammalın olması bizə məlumdur”,- deyə o bildirib.

Kovalçuk Azərbaycanın pambıq lifi və pambıq ipliyi istehsalçılarının “Belarus Universal Əmtəə Birjası”nın ticarətində iştirak üçün akkreditasiyadan keçəcəkləri təqdirdə, onların Belarus bazarında 100 faiz öz alıcılarını tapa biləcəklərinə əminlik ifadə edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti