Bakı. Trend:
2025-ci ildə 14 insan alverçisi azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Trend-in məlumatına görə, bu, Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bugünkü birgə iclasında müzakirə olunan insan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatında öz əksini tapıb.
Bildirilib ki, 2025-ci ildə insan alveri cinayətlərinin aşkarlanması və təqsirkar şəxslərin məsuliyyətə cəlb olunması sahəsində keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 198 (-8; onlardan 57-si informasiya texnologiyalarının tətbiqi ilə törədilib), o cümlədən 152 (-9) insan alveri, eləcə də insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlərə görə 45 (+1) cinayət müəyyən edilib.
İnsan alveri cinayətlərinin 97 faizi açılıb, 6 şəxs ətrafında keçirilmiş əməliyyat tədbirləri ilə 2 cinayətkar qrup zərərsizləşdirilib.
Həmin hüquqazidd əməllərlə əlaqədar 10 (-5) cinayət işi başlanılıb (bir cinayət işinin istintaqı çərçivəsində 20-dək faktın istintaqı aparılıb), 8 cinayət işi üzrə 10 şəxs (9-u qadın) təqsirləndirilən qismində cəlb olunub, 12 nəfər (11-i qadın) məhkəmə məsuliyyətinə verilib.
Məhkəmələr tərəfindən 14 insan alverçisi (2-i keçmiş illərdən olmaqla 4 kişi, 10 qadın, onlardan 3-ü şərti) azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
