Uşaqları Fransada əllərindən alınan ailə doqquz 9 ay sonra övladlarını geri aldı

Cəmiyyət Materials 8 May 2026 11:56 (UTC +04:00)
Uşaqları Fransada əllərindən alınan ailə doqquz 9 ay sonra övladlarını geri aldı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Uşaqları Fransada əllərindən alınan ailə, nəhayət, doqquz aydan sonda övladlarını geri ala bilib.

Trend xəbər verir ki, bu barədə ailənin vəkili, Almaniyada yaşayan hüquqşunas Elvin Cəbrayıl sosial media hesabında məlumat yayıb.

"Övladları Almaniyada əlindən alınan ailə anlayışı yoxdur artıq. Onlar artıq birlikdədirlər", - vəkil paylaşımda qeyd edib.

Xatırladaq ki, 9 ay öncə Fransadan Azərbaycana qayıdarkən Məhəmməd Quliyev və Gültac Abdullayevanın uşaqları Almaniya hökuməti tərəfindən əllərindən alınmışdı. Onların övladları "Jugendamt”in (Almaniyada ailəiçi zorakılıq, uşaq hüquqlarının təmin olunması və digər sosial müdafiə hallarına müdaxilə edən təşkilat-red.) qərarı ilə Paris hava limanında onlardan alınıb, Almaniya dövlətinə təhvil verilmişdi.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti